21 aprel 2016 00:20
Təmkin Xəlilzadə: Bunu ilk dəfə sizdən eşidirəm
"Zirə"nin yarımmüdafiəçisi Təmkin Xəlilzadə klub prezidenti Vüqar Astanovun futbolçularını avrokuboklarda iştirak edəcək digər klublara müvəqqəti verməyə hazır olduqlarına dair açıqlamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Düzünü deyim ki, bunu ilk dəfə sizdən eşidirəm. Çempionatına başa çatmasına hələ altı tur qalır. Nəyin necə olacağı bilinmir. Hər şeyə mövsüm bitəndən sonra aydınlıq gələcək. Bu məsələyə gəlincə, rəhbərlik necə istəsə, elə də olacaq".
