20 aprel 2016 17:40
Namiq Ələsgərov nə vaxt sıraya dönür?
"Kəpəz" Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində qarşılaşacağı "Sumqayıt"la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, Gəncə klubu bu oyuna itkilərlə hazırlaşır.
Belə ki, Dario Juniorla Namiq Ələsgərov zədəli olduğu üçün hazırlıqlarda iştirak etmir. Braziliyalıdan fərqli, Namiqin tezliklə məşqlərə başlaması gözlənilir. Amma onun qarşıdakı matçı buraxacağı dəqiqdir. Böyük ehtimalla, Ələsgərov 32-ci turun "Rəvan"la oyuna qədər hazır olacaq.
Qeyd edək ki, "Sumqayıt" - "Kəpəz" matçı aprelin 24-də keçiriləcək və saat 14:00-da start götürəcək.
