20 aprel 2016 17:20

Joze Alesio: İnanmıram ki, Zaur Axundov yenidən məni milliyə qaytarmaq istəsin

Azərbaycan yığmasının sabiq çalışdırıcısı, hazırda Qazaxıstan millisində çalışan Joze Alesio ispaniyalı mütəxəssis Tino Peresin istefasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Tino Peresin Azərbaycan yığmasından niyə istefa verdiyini bilmirəm. Ona görə də bu barədə heç nə deyə bilmərəm. Mənim bu komandaya qayıtmağıma gəlincə, bu, real deyil. İnanmıram ki, Zaur Axundov məni yığmaya qaytarmaq istəsin. Amma mən yenidən Azərbaycan yığmasında çalışmağı çox istərdim. Bu, mənim üçün doğma komandadır. Azərbaycan da mənim üçün ikinci vətən kimidir".

Alesio həmyerlisi Kakaunun millimizi çalışdırmasının mümkünlüyünə də toxunub: "Bu barədə ancaq onu deyə bilərəm ki, alınmayacaq. Kakau Qazaxıstan yığmasını çalışdırır. Eşitdiyimə görə, onunla iki illik yeni müqavilə imzalayacaqlar. Azərbaycan yığmasının yeni baş məşqçisinə isə vaxt lazım gələcək. Dünya çempionatının startına az vaxt qalıb ki, bu da Azərbaycan millisi üçün sərfəli deyil. Komandanıza kim gəlirsə gəlsin, əsas odur ki, təcrübəli mütəxəssis olsun".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.