20 aprel 2016 17:00

Fərid Nəbiyev: Doğma meydan amili AÇ-də əsas üstünlüyümüz olacaq

Azərbaycanın U-17 yığmasının liderlərindən biri - Fərid Nəbiyev Bakıda təşkil olunacaq Avropa çempionatı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Püşkatmadan başlayaq. Azərbaycan yığmasının rəqibləri barədə nə deyərdiniz?
- Bəxtimizin gətirdiyini deyə bilmərəm. Amma digər qrupların da tərkibində güclü komandalar yer alır. İstənilən halda bizə rəqib olan komandalarla oynamaq olar.

- Portuqaliya, Belçika və Şotlandiya yığmaları barədə nə deyə bilərsiniz?
- Bu komandalardan yalnız Portuqaliya ilə qarşılaşmışıq. Digərləri barədə xüsusi məlumatım yoxdur. Amma bir halda ki, rəqibimizdilər, onlar barədə ətraflı məlumat toplayacağıq.

- Amma razısınız ki, millimiz "ölüm qrupu"na düşməyib?
- Razıyam. Amma istənilən halda çətin qrupdayıq. Söhbət AÇ-nin final mərhələsinin qrupundan gedir, burada zəif komanda yoxdur, hamısı güclüdür. Uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Yəqin ki, İngiltərə, Fransa və Almaniya yığmalarının bizə rəqib olmaması üçün dua edirdiniz?
- (gülür) Xeyr, dua etmirdim. Amma bizim rəqiblərimiz qeyd etdiyiniz komandalardan zəif deyil.

- Komandamız AÇ-yə nə dərəcədə hazırdır?
- Biz çempionata hazırıq. Evdə, doğma azarkeşlərimizin gözü qarşısında oynayacağıq. Bu da bizim üstünlüyümüzdür. Bu, bizə kömək edə bilər.

- Bəs komandamızın qarşısında hansı hədəf durur?
- Öncə qrupdan çıxmalıyıq.

- Millimizin AÇ-ni qazanması realdır?
- Bu, bizim üçün arzu deyil. Futbolda hər şey ola bilər. Çalışacağıq.

- Yəqin ki, Bakıya tanınmış klubların menecerlərinin gələcəyini bilirsiniz. Özünüzü yaxşı tərəfdən göstərə bilsəniz, hansısa aparıcı klubun diqqət mərkəzinə düşə bilərsiniz. Bəs siz hansı klubda peyda olmaq istərdiniz?
- Avropada oynamağı hər bir futbolçu istəyər. Mən də həmçinin. Ümid edirəm ki, bu AÇ mənim üçün də uğurlu alınacaq.

- Səhv etmiriksə, iki il öncə İtaliyanın "Udineze" klubuna keçə bilərdiniz. Niyə alınmadı?
- Belə söhbət varidi. Amma dəqiq niyə alınmadı, bilmirəm. Klub belə qərar verdil.

- Azarkeşlərə demək istədiyiniz nəsə var?
- Çox istərdim ki, azarkeşlərimiz bizimlə olsunlar, dəstəkləsinlər. Stadiona gəlin, bizə azarkeşlik edin. Allah eləsin ki, birgə uğur qazanaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.