20 aprel 2016 16:00
Mançester Siti, Sevilya və Portu rəsmiləri də Bakıya gəlir
İngiltərənin "Arsenal", İspaniyanın "Deportivo" və Almaniyanın "Bavariya" klubunun menecerlərinin Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatını izləmək üçün Bakıya gələcəyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, daha bir neçə Avropa klubunun agentlərinin ölkəmizə səfərə hazırlaşdığını öyrənmişik.
Belə ki, İngiltərənin "Mançester Siti", İspaniyanın "Sevilya", Portuqaliyanın "Portu" klublarının da nümayəndələri AÇ-ni izləyənlər sırasında olacaqlar. Artıq onlar AFFA-ya müraciət ünvanlayıblar.
