20 aprel 2016 15:40
Samir Məsimov Domjalenin son oyunlarını buraxmasının səbəbini açıqladı
Azərbaycanlı futbolçu Samir Məsimov Sloveniyanın "Domjale" klubunun son oyunlarında iştirak etməməsinin səbəbini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Xəstə olduğum üçün komandanın səkkiz məşqini buraxmalı oldum. Orqanizmimdə bakteriya aşkarlanmışdı. İndi artıq sağalmışam. Bir neçə gündür məşqlərə başlamışam. Ümid edirəm ki, tezliklə heyətə dönəcəyəm".
