20 aprel 2016 15:20

Kakau: Azərbaycan millisi Qazaxıstandan da güclüdür

Qazaxstanın yığmasının və "Kayrat"ın braziliyalı məşqçisi Kakaunun azerisport.az saytına müsahibəsi

- İlk növbədə sizi Qazaxıstan yığması ilə dünya çempionatına vəsiqə qazanmağınız münasibətilə təbrik edirik. Azərbaycan millisi də Hollandiya səddini keçib, mundiala getmək hüququ qazandı. Millimizin səfərdəki 5:1 hesablı qələbədən sonra doğma meydanda 4:4 hesablı heç-heçəyə razılaşması sizin üçün gözlənilməz olmadı?
- Bu nəticə sürpriz oldu. Azərbaycan yığmasının güclü olduğunu bilirəm. Sadəcə, hərdən kollektiv oyun alınmır. Fineo, Amadeu, Auqusto, Rafael və Edi kimi oyunçuların olduğu komanda zəif ola bilməz.

- Tino Peres ötən gün yığmamızdan gedəcəyini rəsmən açıqladı. Komandasını mundiala çıxaran baş məşqçinin istefası sizin üçün gözlənilməz olmadı?
- Bu xəbəri sizdən eşidirəm. Onun niyə getməyə qərar verdiyini bilmirəm. Peresə məşqçi kimi hörmətim var. Azərbaycan yığmasının bir müddət öncə baş tutan AÇ-dəki çıxışına əsasən deyə bilərəm ki, komanda öz imkanlarından aşağı nəticə göstərdi. Düzünü deyim ki, Azərbaycan yığması Qazaxıstandan da güclüdür. Çünki heyətində çox güclü oyunçular var. AÇ öncəsi Azərbaycanın ən azı finala qədər irəliləyəcəyini düşünürdüm. Amma bu, baş vermədi. İstənilən halda Peresin getməyə qərar verməsi öz şəxsi işidir. Onun işinə qarışa bilmərəm.

- Azərbaycan Futzal Federasiyasından təklif gəlsə, qəbul edərsiniz?
- AFF prezidenti Zaur Axundova böyük hörmətim var. Çünki o, illərdir Azərbaycan futzalına xidmət edir. Həmişə də komandanın yanındadır. Mən Qazaxıstan yığması ilə böyük uğura imza atdım. Amma qazaxlarla müqaviləmin müddəti sona çatır. Hansısa təklif gəlsə, ona baxa bilərəm.

- Yəni, Azərbaycan yığmasını çalışdırmağın əleyhinə deyilsiniz?
- Bunu kim istəməz ki? Hətta planetin ən güclü mütəxəssisləri də yığmanızda çalışmaq istəyər. Çünki Azərbaycan yığması güclü komandadır.

- Sizcə, Azərbaycan yığmasında nə çatışmır?
- Fikrimcə, son dövrlər komanda oyunu çatışmır. Heyətdəki oyunçularla daha böyük uğurlara imza atmaq olar. Tino iki ilə yaxındır Azərbaycanda çalışır. Zaur Axundova ona böyük şans verdi. Əvvəlki mövzuya qayıtmaq istəmirəm. Sadəcə, bir də qeyd etmək istərdim ki, Azərbaycan yığması çox güclü komandadır.

- DÇ-nin startına elə də çox vaxt qalmayıb. Sizcə, baş məşqçi dəyişikliyi millimizin çıxışına təsir göstərməyəcək?
- Əlbəttə, yeni məşqçiyə vaxt lazım gələcək. Bu, həmişə lazımdır. Amma Azərbaycan yığmasının üzvləri yüksək səviyyəlidir. Mənə elə gəlir ki, onlarla çalışmaq ağır olmaz.

- Siz Azərbaycan yığmasının sükanı arxasına keçsəniz, bu komanda ilə DÇ-də nəyə nail ola bilərsiniz?
- Mundialda planetin ən güclü kollektivləri yarışacaq. Şübhəsiz ki, Portuqaliya, İspaniya, İtaliya, Braziliya favoritdir. Amma mübarizə aparmaq olar. Fikrimcə, 1/4 finalda oynamaq olar. Hətta daha yaxşı nəticə göstərmək də mümkündür.

- Amma çətin ki, sizi belə böyük uğurlar qazandırdığınız Qazaxıstan yığmasından buraxsınlar...
- Sağ olsunlar, hər kəs məni dəstəkləyir, hörmət edir. Amma hələ burada qalıb-qalmayacağımı bilmirəm. Sadəcə, onu deyə bilərəm ki, həmişə Qazaxıstan yığmasında ürəkdən çalışmışam. Bütün fikrim də həmişə bu komandaya uğur qazandırmaq olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.