20 aprel 2016 13:00
Turun açılış matçının hakim təyinatları açıqlandı
Futbol üzrə Azərbaycan birinci divizionunun 23-cü turuna bu gün keçiriləcək “Zaqatala” – MOİK matçı ilə start veriləcək. Azerisport.az xəbər verir ki, artıq bu görüş üçün bütün təyinatlar məlumdur.
Həmin təyinatları təqdim edirik:
Birinci divizion
23-cü tur
20 aprel (çərşənbə)
“Zaqatala” - MOİK
Hakimlər: Elgün Hüseynov, Aleksandr Musatkin, Müslüm Mövludov, Namiq Bəkirov.
Hakim-inspektor: Əvəz Şıxıyev.
Zaqatala şəhər stadionu, 16:00.
