20 aprel 2016 12:40
Ruslan Qurbanov: AFFA düzgün qərar qəbul etdi
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının 30-cu turunda "Qarabağ"la oyunda ona göstərilən sarı vərəqənin ötən gün AFFA İntizam Komitəsi tərəfindən ləğv olunmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Şadam ki, AFFA bu epizoda təkrar baxıb, düzgün qərar qəbul etdi. Həmin epizodda mənim hakimi aldatmağa dair heç fikrim də yox idi. Bu, mənim üçün çox vacib qərardır. Çünki qarşıda bizi "Zirə" ilə vacib oyun gözləyir və bu görüşdə mən də iştirak edə biləcəyəm. Komandamın müsbət nəticə qazanmasına kömək etmək istəyirəm".
