20 aprel 2016 12:00

Qvanzav Maqomedov: Vaqif Cavadova demək istəyirəm ki, mən legioner deyiləm

AZAL-ın müdafiəçisi Qvanzav Maqomedov Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyundan, eləcə də bu görüşdə rəqib futbolçu Vaqif Cavadovla aralarında yaranan münaqişədən söz açıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"İlk növbədə Vaqif Cavadova onu bildirmək istərdim ki, mən legioner deyiləm. İkincisi, Cavadov özü ilk olaraq mənim valideynlərimə söydü. Üçüncüsü, Səlahət Ağayevə məsləhət görərdim ki, kimin təhqirə yol verdiyini öz komanda yoldaşlarından soruşsun".

"Heç vaxt imkan vermərəm ki, kimsə mənim yaxınlarımı söysün. Heç özüm də kiminsə yaxınlarını söymərəm. Vaqif də istisna deyil. Meydanda biz mübarizə aparırıqsa, valideynlərin, qohumların bura nə dəxli? Matçdan sonra biz problemi yoluna qoyduq və bir-birimizin əlini sıxdıq. Vaqif deyir ki, legioner futbolçunun yerli oyunçusu söyməyə haqqı yoxdur. Axı mən legioner deyiləm. Belə olan halda o, nəyin söhbətini edir? Başa düşürəm ki, bu, futboldur, emosiyalar ən üst həddə olur. Hər kəs meydandakı digər futbolçulara qışqıra, nəsə deyə bilər".

Maqomedov Vaqifin sözlərinə xarici futboldan misal gətirməklə də cavab verməyə çalışıb: "İspaniyada Ronaldo Pikeyə qışqırsa və ya onu təhqir etsə, deməlidirlər ki, "sən legionersən, səsini kəs?" Yaxud da Messi Serxio Ramosa qarşı eyni hərəkəti etsə, "sus, sən legionersən deməlidirlər? Bu nə deməkdir ki?"

"Matçdan sonra tribunadan kimsə mənim üstümə qışqırdı. Cavadov mənə dedi ki, o, mənim qohumum deyil, heç tanımır da. Mən ata tərəfdən azərbaycanlıyam. Özü də Azərbaycan vətəndaşıyam. Digər tərəfim isə Dağıstandandır. Həmişə Azərbaycanla Dağıstanın qardaş olduğunu deyirlər. İndi bircə münaqişəyə görə legioner oldum? Əsas odur ki, bütün bunlar artıq geridə qalıb".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.