20 aprel 2016 00:25

Ramal Hüseynov: Bizim çempionatı sevmirəm

Futbol üzrə Azərbaycan yığmasının sabiq futbolçusu, hazırda Türkiyənin həvəskarlardan ibarət liqasında çıxış edən "Arhavispor"un şərəfini qoruyan Ramal Hüseynov öz işlərindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Türkiyədəki işlərim yaxşıdır. Klubumuz yaxşı transferlər edib. Üçüncü diviziona yüksəlmək istəyirik. Öz futbolumuza gəlincə, etiraf edim ki, ümumiyyətlə maraqlanmıram. Çünki hər şey öncədən bilinir ki, hansı klub çempion olacaq, hansı klub nə edəcək. Öz çempionatımızı sevmirəm. Mən vaxtında Azərbaycandan çıxmalıydım. Vaxtında oranı tərk etsəydim, daha böyük klublarda çıxış edərdim. Azərbaycanda ən yaxşı çempionat 2004/05 mövsümündə olub. İndi bizdə elə çempionat yoxdur. İnanın ki, bizim oynadığımız dördüncü liqa Premyer Liqamızdan maraqlıdır. Hər oyunumuza 10 min azarkeş gəlir".

Qeyd edək ki, Ramalla yanaşı, qapıçı Anar Məhərrəmov da "Arhavispor"da çıxış edir. Hazırda bu komanda 26 turdan sonra 38 xalla 14 klub arasında 7-ci pillədə qərarlaşıb. Məhərrəmov 19 oyunda, özü də start heyətdə meydana çıxıb və 1607 dəqiqə oynayıb, 2 sarı, 1 qırmızı vərəqə ilə cəzalanıb. Hüseynov isə 23 matçda meydanda olub ki, onların da 22-də start heyətdə yer alıb (1939 dəqiqə). Bu görüşlərdə 1 qol vurub, 11 sarı vərəqə alan Ramal 1 dəfə də meydandan qovulub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.