20 aprel 2016 00:15
Elxan Məmmədov: Arsenal və Bavariya rəsmiləri Bakıya gələcək
AFFA-nın baş katibi Elxan Məmmədov bəyan edib ki, gələn ay Avropanın aparıcı klublarının menecerləri Bakıya gələcəklər. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa Çempionatının final mərhələsində aparıcı futbol ölkələrinin komandaları çıxış edəcək. Hansı ki, bu komandaların üzvləri gələcəkdə Avropanın futbol ulduzları ola bilərlər. Aydın məsələdir ki, həmin oyunçuları izləmək üçün buraya tanınmış menecerlər gələcək. Hazırda İngiltərənin "Arsenal", İspaniyanın "Deportivo", Almaniyanın "Bavariya" klublarının agentlərinin ölkəmizə səfər edəcəyini bilirik".
