20 aprel 2016 00:05
Pərdis Fərcad-Azad: Kəpəzə qalib gələcəyimizə inanıram
"Sumqayıt"ın hücumçusu Pərdis Fərcad-Azad Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Son turda AZAL-a qarşı pis oynamadıq. Ən azından bir xal qazanmalı olsaq da, bəxtimiz gətirmədi. Halbuki, kifayət qədər qol epizodumuz oldu. Sadəcə, top qapıya getmək istəmirdi. Qarşıda bizi daha çətin "Kəpəz"lə qarşılaşma gözləyir. Onlar həm öz meydanlarında, həm də səfərdə uğurlu çıxış edirlər. Rəqibimiz Avropa Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparır. Buna görə bizə də qalib gəlməyə çalışacaqlar. Amma mən "Kəpəz"i məğlub edib, xallarımızın sayını 32-yə çatdıracağımıza inanıram".
