19 aprel 2016 20:00
Marius Pena: Bakının 6 xalının silinməsi məni sevindirmir
"Bakı"nın sabiq hücumçusu Marius Pena FİFA-nın AFFA-dan bu klubun 6 xalını silməsi barədə tələbinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"FİFA-nın "Bakı"nın 6 xalının silinməsini tələb etdiyindən xəbərim var. Bilirəm ki, bunu mənə görə ediblər. İnanın ki, bu, məni sevindirmir və kluba problem yaratmaq istəməzdim. Amma bir futbolçu olaraq bu klubda oynamışam və öz pulumu almalıyam. Ümid edirəm ki, klub bundan sonra mənim pulumu qaytaracaq. "Bakı"ya uğurlar arzulayıram".
