19 aprel 2016 18:20
Taqim Novruzov Bakıya qayıtdı
Topaz Premyer Liqasının 25-ci turunun AZAL - “Neftçi” oyununda ağır zədə alan Taqim Novruzov Ukraynada əməlliyyat olunaraq Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, dünən Bakıya dönən futbolçu Kiyevin “Doktor Linko” klinikasında məşhur cərrah Valeri Novikov tərəfindən əməliyyat olunub.
Sağ ayağının ön çarpaz bağlarının tam qopması diaqnozu ilə Kiyevə yollanan Taqim indi özünü yaxşı hiss edir və bir müddət sonra fizioterapiya müalicəsinə başlayacaq. Ukraynalı həkimlərin verdiyi təlimata əsasən Novruzov təxminən 3 həftədən sonra yüngül qaçışla məşgul ola bilər. (klub saytı)
