19 aprel 2016 17:20

Qəbələ rəhbərliyi Yaponiyada işgüzar səfərdədir

“Qəbələ” İdman Klubunun rəhbərliyi – vitse-prezident Fariz Nəcəfov, baş menecer Zaur Əzizov, media və marketinq departamentinin rəhbəri Səməd Nəsibov, akademiya direktorunun müavini Nail Kərimov və akademiyanın baş məşqçisi Halim Fıçıcı Yaponiyanın “Naqoya Qrampus” Futbol Klubunun dəvəti ilə adıçəkilən ölkədə işgüzar səfərdədir. Azerisport.az xəbər verir ki, dəvətdə məqsəd “Qəbələ”ni Yaponiya futbolu və “Naqoya Qrampus” klubu ilə yaxından tanış etmək və klubların təcrübəsini bölüşməkdir.

Heyət bu gün səfər çərçivəsində öncə klubun bazasını gəzib və əsas komandanın məşqini izləyib. Ardınca “Naqoya Qrampus”un baş məşqçisi Takafumi Ogura və “Qəbələ” Futbol Akademiyasının sabiq direktoru, hazırda “Naqoya Qrampus”da icraçı direktor və yardımçı məşqçi vəzifəsini yerinə yetirən Stenli Brardla görüş keçirilib. Görüşdə klublar arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Təmsilçilərimiz daha sonra klub akademiyasını ziyarət ediblər. Akademiyanın şəraiti, məşq prosesi və iş rejimi ilə tanış olan heyət ardınca “Toyota” stadionuna yollanıb. Burada təmsilçilərimizə stadion haqda ətraflı məlumat verilib. Bildirilib ki, “Naqoya Qrampus” hazırda oyunlarını rəqibə və azarkeş marağına görə iki stadionda keçirir. Daha vacib və böyük azaerkeş marağına səbəb olan oyunlar 40 min tutuma malik “Toyota” arenada keçirilir. Nisbətən az marağa səbəb olan matçlar isə 20 minlik “Palomo Mizuho” stadionunda baş tutur.

İşgüzar heyət sabah Yaponiya Kuboku çərçivəsində keçiriləcək “Naqoya Qrampus”-“Vanforet Kofu” matçını izləyəcək. Oyun zamanı “Naqoya Qrampus”un prezidenti Kazumasa Kume ilə görüş planlaşdırılır. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.