19 aprel 2016 16:40

Fikrət Hüseynov: AZAL avrokuboklara vəsiqə qazansa, heyət güclənəcək

AZAL-ın vitse-prezidenti, AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov bu gün jurnalistlər üçün brifinq keçirib. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

- Öncə AFFA yanında Media Komitəsinin üzvləri ilə görüşdük. Bu iki komitə arasında tandem yaratmaq lazımdır.

- Maraqlıdır, ondan sonra nəyin mübahisəsini edirdiniz?
- Legionerlərə görə ödənilən rüsumla bağlı məsələni müzakirə edirdik. Hansı ki, bununla bağlı etdiyimiz təklif AFFA İcraiyyə Komitəsi tərəfindən qəbul olunmadı. Halbuki, biz rüsumun azaldılacağını gözləyirdik. AFFA-nın baş katibi Elxan Məmmədov bununla bağlı işçi qrupunun yaradılmasını təklif etdi. İşçi qrupuna üç nəfər daxildir: mən, Elnur Məmmədov və Fariz Nəcəfov. 10 gün ərzində Elxan Məmmədovla görüşüb, ortaq məxrəcə gəlməyə çalışacağıq. Daha sonra isə İcraiyyə Komitəsinin 2-3 üzvü - Vaqif Sadıqov, İsgəndər Cavadov və Qurban Qurbanovla görşüb, müzakirələr aparacağıq. Ola bilsin ki, iyun ayında İcraiyyə Komitəsi yenidən yığılsın və biz bu məsələləri yenidən müzakirə edək.

- Bəs Superkubokla bağlı nə qərara gəldiniz?
- Biz bu məsələni sonraya saxladıq. Bunun üçün PFL prezidenti Ramin Musayevlə görüşüb, məsləhətləşəcəyik.

- AZAL kiçik büdcəsinə rəğmən, uğurlu mövsüm keçirir. Sizə elə gəlmir ki, sponsor büdcəni artırmalıdır?
- Mövsümün əvvəlində klubun strategiyasını dəyişdik. Mövcud vəizyyətlə bağlı baş məşqçimiz Tərlan Əhmədovu məlumatlandırdıq. O, ağır yükün altına girdi və çox döyüşkən kollektiv formalaşdırdı. Biz cari mövsüm avrokuboklarda iştirak edə bilərik. Rəhbərliklə 2 həftə ərzində bu barədə görüşümüz olacaq və komanda güclənəcək.

- Deməli, sponsorlarınız avrokuboklarda iştirakınız üçün pul xərcləməyə hazırdır?
- Şübhəsiz ki, biz avrokuboklardan imtina etməyəcəyik. Avrokuboklara düşsək, oynayacağıq. Komandanın zəif yerlərini gücləndirəcəyik. Bu uşaqlar Avropa Liqasına vəsiqə qazanırsa, niyə orada da özləri oynamamalıdır? Qoy özləri oynasın. Amma transferlər də olacaq. Komandanı 4-5 futbolçunun tərk etməsi də mümkündür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.