19 aprel 2016 16:20

Elmir Demiroviç: İbrahim Şehiç Qarabağdan ayrılmamalıdır

Məşhur bosniyalı futbol meneceri Elmir Demiroviç bəyan edib ki, "Qarabağ"ın qapıçısı, həmyerlisi olan İbrahim Şehiç Ağdam klubundan ayrılmamalıdır. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Şehiçi yaxşı tanıyıram. Yaxşı qapıçıdır. Amma onu Bosniya-Herseqovina yığmasına yalnız "Qarabağ"dakı uğurlu çıxışından sonra çağırmağa başladılar. Mənim fikrimcə, Şehiç bu klubu tərk etməməlidir. "Qarabağ" onun üçün karyerasının pik nöqtəsidir. O, hələ uzun müddət bu komandada çıxış edə bilər. Buna görə də Şehiçə "Qarabağ"da qalmaq daha sərfəlidir. Məsələn, Türkiyədə "Qarabağ"dakı qədər oynaya bilmirdi. Amma iki ildir ki, Şehiç öz klubu ilə çempion olur, Avropa Liqasının qrup mərhələsində oynayır. Yığma karyerasına gəlincə, yaxşı qapıçı olsa da, "Çelsi"də çıxış edən Asmir Beqoviçdən üstün deyil".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.