19 aprel 2016 16:00
Zirənin prezidenti: Oyunçularımızı müvəqqəti həmin klublara verə bilərik
"Zirə"nin prezidenti Vüqar Astanov bəyan edib ki, özləri avrokuboklara buraxılmasa, oyunçularını qitə arenasında çıxış etmək hüququ qazanan digər komandlara müvəqqəti verməyə hazırdırlar. Azerisport.az xəbər verir ki, o, bu məsələ ilə bağlı bunları qeyd edib:
"Hansısa klub avrokuboklarda daha yaxşı çıxış etmək üçün bizim futbolçularımızın xidmətindən müvəqqəti istifadə etməyi xahiş etsə, bunu müzakirə etməyə hazırıq. Yəqin ki, problem olmaz və biz bu məsələdə razılığa gələrik. Klubumuzun Mingəçevirə köçəcəyi barədə yayılan xəbərlərə gəlincə, "Zirə" onsuz da bölgə təmsilçisidir və heç bir yerə köçmək fikrində deyil. Paytaxtdan xeyli kənardayıq. Bu üzdən də "Zirə" bölgə təmsilçisi sayıla bilər. Heç bir dəyişikliyə hazırlaşmırıq".
