19 aprel 2016 14:20

Tərlan Quliyev: Avroliqa şansımızı əldən verməməliyik

Bu gün “Kəpəz”in əsas komandasının üzvü Tərlan Quliyevin doğum günüdür. Azerisport.az xəbər verir ki, klubun kollektivi 24 yaşı tamam olan müdafiəçini təbrik edib, ona karyerasında uğurlar arzulayıb.

Həyatındakı əlamətdar gün ilə bağlı klub saytı futbolçudan müsahibə götürüb.

- Tərlan, səni təbrik edirik…
- Çox sağ olun, diqqətinizə və təbrikinizə görə təşəkkür edirəm. İndi məşqə tələsirəm. Yolüstü dükana girib komanda yoldaşlarım üçün tort almışam.

- Axı klubumuzda adətə görə bunu biz edirik. Yoxsa doğum gününü unudacağımızı zənn edib ehtiyatlı davranmısan?
- Yox, qətiyyən. Bilirəm ki, bütün uşaqların ad günü klub tərəfindən qeyd olunur. Sadəcə, harada oynamışamsa, doğum günümdə özüm də tort alıb aparmışam. Əziyyəti həmişə özüm çəkmişəm (gülür). Komanda yoldaşlarıma hədiyyə olsun.

- Doğum gününü təmtəraqlı, yoxsa səssiz-küysüz qeyd edənlər arasındasan?
- Açığı, təmtərağı sevmirəm. Ad günü evdəkilər və ya dost-tanışın əhatəsində qeyd oluna bilər. Dəyər verdiyim insanlar yanımdadırsa, bu elə mənim üçün təmtəraqdır. Doğum günüm yalnız bir dəfə böyük yığıncaqla keçirilib. Rəhmətlik atam 16 yaşım tamam olanda həyətdə məclis qurmuşdu.Onu da özüm istəməmişdim, evdəkilərin işi idi. Qohum-əqraba çox gəlmişdi. Yəqin müstəqil həyatda ilk addımları atmağa başlayırdım deyə, ad günüm geniş çevrədə qeyd olundu.

- Bu il sizdən çox şey gözlənilir. Bunu reallaşdıra biləcəksiz?
- “Kəpəz”dən həmişə çox şey gözlənilib. Mövsümün əvvəlində yeni yaranmış komandadan Avropa Liqasına vəsiqə qazanmaq istənilmirdi. Tədricən nəticələrimiz yaxşılaşandan sonra məqsəd dəyişdi. Komanda olaraq sübut etdik ki, pul hər şeyi həll etmir. İstək olan yerdə əzmlə mübarizə aparmaqla hədəfə çatmaq olar. Adamın istəyi böyük olduğu yerdə pul önəm daşımır. Çempionatın başa çatmasına 6 tur qalıb. Bura kimi gəlmişiksə, çalışıb Avroliqa şansımızı əldən verməməliyik. Yaxşı çıxış etməyə məcburuq. Düzdü, son oyunlarda istədiyimiz kimi oynaya, azarkeşlərimizi sevindirə bilmirik. Amma vəziyyəti dəyişməyə çalışırıq. “Sumqayıt” ilə qarşıdakı görüşə ciddi hazırlaşırıq, uğursuzluğa son qoymaq istəyirik. Elə mənim ad günüm komanda üçün düşərli olar.

- Bəziləri “Kəpəz” “ev” komandası adlandırırlar. Lakin komandamız səfərdə də güclü klubları məğlub edib, xallar toplayıb. Buna münasibətin necədir?
- Bilirsiz, bununa razı deyiləm, yalnış fikirdir. Biz deyilənlərə fikir vermirik, öz işimi meydanda görməyə çalışırıq. Bir tərəfdən belə deyilməsi sevindiricidir. Çünki hər komandaya belə demirlər. Deməli, doğrudan da bizim çoxlu sayda güclü, hər zaman bizi dəstəkləyən azarkeşlərimiz var. Gəncədə, doğma stadionumuzda “Kəpəz”i məğlub etmək çətin məsələdir. Digər tərəfdən səfər oyunlarında da az xallar qazanmamışıq, qələbələrlə dönmüşük. “Qəbələ” və “Neftçi” kimi komandaları məğlub etmişik. “Zirə” ilə oyunda heç-heçə oynamışıq. İstər evdə, istərsə də səfərdəki oyunlara qələbə üçün çıxırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.