19 aprel 2016 14:40

Qəbələ məktəblərlə bağlı layihəni davam etdirir

"Qəbələ" İdman Klubu məktəblərlə bağlı layihəsini davam etdirir. Azerisport.az xəbər verir ki, ötən günlər ərzində klub nümayəndələri və futbolçular Qəbələ şəhərində 5, kəndlərdə isə 8 məktəbi ziyarət ediblər.

16 mart tarixində klubun kommersiya direktoru Mustafa Aztopal, əsas komandanın yarımmüdafiəçisi Aleksey Qay və akademiya yetirməsi Elvin İmanlı 4 saylı orta məktəbdə olublar. Məktəbin akt zalında keçirilən tədbirdə şagirdlərə komanda və onun uğurları barədə məlumat verilib.

Daha sonra "Qəbələ"nin Avropa Liqası oyunları və dünya futbolundakı gözəl məqamlardan ibarət video çarx nümayiş etdirilib.

Həmin gün klub rəsmiləri və futbolçular daha bir təhsil ocağını - 3 saylı orta məktəbi də ziyarət ediblər.

Aksiyanın məqsədi barədə məlumat verən klubun kommersiya direktoru Mustafa Aztopal görülən işlərin gələcəyə hesablandığını bildirib və şagirdləri Qəbələ şəhər mərkəzi stadionuna - futbol matçlarına dəvət edib:

“Gələcəyə hesablanan genişşaxəli aksiyaya start vermişik. Cari mövsüm başa çatanadək Qəbələdəki 68 məktəbin hamısını ziyarət edəcəyik. Layihədə iki məqsədimiz var. Birincisi, uşaqların təhsili ilə maraqlanmaq, onlara yardımçı olmaq, ikincisi isə kluba olan sevgisini artırıb, oyunlarımıza azarkeş kimi cəlb etməkdir. İnanırıq ki, bu məktəblərdən təkcə Azərbaycan yox, Avropa səviyyəli futbolçular çıxacaq. Sizi Qəbələdə keçirilən oyunlarda stadionda da görmək istərdik”.

Görüşün sonunda məktəblilərin sualları cavablandırılıb və xatirə şəkli çəkdirilib.

17 mart tarixində daha 2 məktəb ziyarət olunub. Bu dəfə Mustafa Aztopalı digər futbolçular - Rikardionyo ilə Elvin Camalov müşayiət edib. Əvvəlcə 2 saylı orta məktəbdə olan heyət, daha sonra 5 saylı orta məktəbə gedib.

6 və 7 apreldə isə 8 kənd məktəbi ziyarət olunub. Klub nümayəndələri bu tarixlərdə Zarağan, Böyük Pirəlli, Soltan Nuxa, Böyük Əmilli, Hacıalılı Çuxur Qəbələ, Kürd kəndlərində yerləşən orta məktəblərə baş çəkiblər. Görüşlər son günlərdə cəbhədə baş verən döyüşlər zamanı şəhid olan hərbçilərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Bu məktəblərdə də şagirdlərə klub haqda məlumatlar verilib, Qəbələnin avropa liqasındakı iştirakı və dünya futbolundakı maraqlı anlardan ibarət video nümayiş etdirilib. Mustafa Aztopal görüş zamanı məktəblilər arasında kiçik yarışma keçirib. Qəbələ futbol komandası barədə verilən sualı düzgün cavablandıran şagirdə kitab hədiyyə edilib.

Sonda Qəbələ İdman Klubu rəhbərliyinin azarkeşlərə məktubu oxunub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.