19 aprel 2016 14:00
Roman Qriqorçuk: Cəzamı qəbul edirəm
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk AFFA İntizam Komitəsi tərəfindən bir oyunluq cəzalanmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında ukraynalı mütəxəssis Topaz Premyer Liqasının 30-cu turunda "Rəvan"la görüşdə texniki zona qaydalarını pozduğuna görə cəzalanmasına dair bunları söyləyib:
"Bir halda ki, texniki zonadan uzaqlaşdırılmışam, diskvalifikasiya da gözlənilən idi. Bu cəzanı qəbul edirəm və cəzamı çəkəcəyəm. Məndə Ukraynada da bir dəfə belə olmuşdu".
