Kəpəzə texniki məğlubiyyət verildi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA tərəfindən təşkil olunan aşağı yaş qrupları üzrə çempionatlarda baş verən olaylarla bağlı aşağıdakı qərarlar çıxarılıb:
U-19 Liqasında “Kəpəz” - “Sumqayıt” matçının 68-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Eltac Mirzəyev və “Sumqayıt”ın futbolçusu Saday Rəhimli bir-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyun cəzalanıb.
U-16 Liqasının “Xəzər Lənkəran” - “Sumqayıt” matçının 20-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Seymur Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-16 Liqasının “İnter” - “Bakı” matçının 47-ci dəqiqəsində “Bakı”nın futbolçusu Elmir Kərimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Ulduz” - “Laçın” matçının 16-cı dəqiqəsində “Laçın"ın məşqçisi Elsevər Məmmədov hakimi təhqir etdiyinə görə texniki zonadan uzaqlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb.
Futzal üzrə Azərbaycan birinciliyinin İFFA - “Yeni Günəşli” matçının 30-cu dəqiqəsində “Yeni Günəşli”nin futbolçusu Aleksandr Şarkon ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Olimpik Star” - “Kəpəz” matçında “Kəpəz”in iştirak etməməsinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Atletiko Baku” - “Təbriz” matçının 22-ci dəqiqəsində “Təbriz”in futbolçusu İlqar Qazıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.
Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “R.R Club” - İTV matçının 47-ci dəqiqəsində “R.R Club”un futbolçusu Pərviz Mustafayev öz komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb.
