19 aprel 2016 11:20

Ölkə birinciliyinin açılış mərasimi keçirilib

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, AFFA, Azərbaycan Futzal Federasiyasının dəstəyi, Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında ilk dəfə təşkil edilən futzal üzrə ölkə birinciliyinin açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən açılış mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev, MOK-nin vitse-prezidenti Çingiz Hüseynzadə, təhsil nazirinin müavini, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Tələbə Futbolu Federasiyasının prezidenti Firudin Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər.

TFF-nın prezidenti Firudin Qurbanov və BDU-nin rektoru Abel Məhərrəmov ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmış futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyevə kubok və diplom təqdim ediblər.

Açılış mərasimi başa çatdıqdan sonra birinciliyin ilk oyunu keçirilib. ADBTİA və BDU arasında keçirilən oyunda topa ilk toxunuşu futbol və futzal üzrə Azərbaycan milli komandalarının kapitanı - Rəşad Sadıqov və Rizvan Fərzəliyev ediblər. Oyun isə 5:5 hesabı ilə başa çatıb. (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.