19 aprel 2016 00:40

Adis Yahoviç: Azərbaycan yığması Makedoniyaya da uduzacaq

Futbol üzrə Makedoniya yığmasının hücumçusu Adis Yahoviçin azerisport.az saytına müsahibəsi

- Azərbaycanla yoxlama matçı keçirəcəyinizə dair xəbəri necə qarşıladınız?
- Azərbaycan yığması ilə yoxlama görüşü keçirəcəyimizdən xəbərim var. Şadam ki, belə bir rəqiblə qarşılaşacağıq. Amma hələ oyuna xeyli vaxt var.

- Azərbaycanı yığmanız üçün asan rəqib adlandırmaq olar?
- Xeyr, Azərbaycanı zəif rəqib saymıram. Yaxşı komandanız var. Azərbaycan çempionatının da güclü olduğunu düşünürəm. Klublarınız barədə eşitmişəm. "Qarabağ", "İnter"in çıxışından xəbərim var. Klublarınızın yaxşı maliyyə imkanları var. Belə klubları olan ölkənin yığma komandası zəif ola bilməz.

- Azərbaycana məğlub olsanız, bunu sizin üçün uğursuzluq saymaq olar?
- Xeyr. Biz də bu görüşdə qələbə qazanmağa çalışacağıq ki, komandada atmosferi yaxşılaşdıraq. Bizim yeganə problemimiz Qoran Pandevin zədəli olmasıdır. Amma yığmamızda başqa tanınmış futbolçular da var. Ona görə də maraqlı oyun olacağını düşünürəm.

- Yığmamız barədə informasiya toplamısınız?
- Komandanızla internet vasitəsilə maraqlanmışam. Amma elə də çox məlumatım yoxdur. Güclü futbolçularınızın olduğunu bilirəm. "Qarabağ"da, "Karlsrue"də çıxış edən futbolçularınız var.

- Oyunçulardan kimi qeyd edərdiniz?
- El "Karlsrue"də çıxış edən Dmitri Nazarovu. Yaxşı futbolçudur, güclü zərbələri var. Saytlarda maraqlanmışam, yaxşı da qiyməti var.

- Şəxsən siz nə vaxtsa Azərbaycan klublarına qarşı oynamısınz?
- Xeyr, oynamamışam.

- Həmyerlilərinizdən İqor Mitreski, Deyan Blajevski, İlça Naumovski və başqaları Azərbaycanda oynayıblar. Təsadüfən sizə bizim klublardan təklif gəlməyib?
- Xeyr, heç vaxt mənə dəvət gəlməyib. Amma həmyerlilərimdən ölkənizdə çıxış edənlərin olduğunu bilirəm. Bu fakt sevindiricidir. Əvvəllər sizin klublarda maliyyə vəziyyəti daha yaxşı idi. Amma indi bildiyim qədərilə, təkcə "Qarabağ"da vəziyyət yaxşıdı.

- Azərbaycan yığmasının son yoxlama oyununda Qazaxıstana uduzduğunu bilirsiniz?
- Xeyr, bilmirdim. Qazaxıstanın da yaxşı oyunçuları, şəraiti var. Ona görə də bu komandaya məğlub olmağa görə üzülməyə dəyməz, irəli baxmaq lazımdır. Azərbaycan bizə də uduzacaq (gülür). Düzdür, son seçmə mərhələdə uğursuz çıxış etdik. Amma indi yeni baş məşqçimiz var. Pandev də, mən də milliyə qayıtmışq. Yeni oyunçularımız da var. Hücum futbolu sərgiləyirik. Azərbaycana da qarşı hücum futbolu göstərəcəyik, aqressiv oynayacağıq.

- Son dövrlər Azərbaycan çempionatından Makedoniya yığmasına yalnız "Qarabağ"da çıxış edən Muarem Muarem dəvət alır. Ondan yığmamız barədə məlumat alacaqsınız?
- Muaremin "Qarabağ"da oynadığını bilirəm. Səhv etmirəmsə, üç il bu komandada çıxış edəndən sonra o, Türkiyəyə yollanmışdı. Amma hazırda yenidən "Qarabağ"dadır. Muarem mənə Azərbaycanda futbolun inkişafda olduğunu demişdi. Ölkənizdəki yaşayışdan, "Qarabağ"dan da danışmışdı. Ona belə bir komandada çıxış etmək xoşdur. Çünki hər mövsüm avrokuboklarda oynayırlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.