18 aprel 2016 19:00
Neftçi çempion oldu
“Neftçi”nin U-17 komandası AFFA tərəfindən təşkil olunan U-17 liqasının qalibi olub. Azerisport.az xəbər verir ki, sözügedən komanda sona bir tur qalmış “Bakı” klubunu 5:2 hesabı ilə məğlub etməklə çempionluğu rəsmiləşdirib.
Baş məşqçi Elşad Əhmədovun yetirmələrindən İbrahim Əliyev “dubl”a imza atıb. Digər qolları Seymur Həmidov, Cəfər Şahməmmədov və Fərid Mahmudov vurublar.
Qeyd edək ki, 17 yaşlı futbolçulardan 5-i əvəzedici komandada çıxış edir və onlar gələn ay Bakıda keçiriləcək Avropa çempionatında Azərbaycan yığmasının da şərəfini qoruyacaqlar.
Xatırladaq ki, “Neftçi”nin U-17 komandası sonuncu dəfə 2008/2009-ci illər mövsümündə ölkə çempionu olmuşdu. (klub saytı)
