18 aprel 2016 17:20
Zirə Nelson Bonilyaya yeni müqavilə təklif etməyə hazırlaşır
"Zirə"nin prezidenti Vüqar Astanov bəyan edib ki, yaxın günlərdə komandanın salvadorlu hücumçusu Nelson Bonilya ilə yeni müqavilə bağlamaq üçün danışıqlar masasına oturacaqlar. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizim Bonilya ilə 1+1 sistemi ilə müqaviləmiz var. Yaxın zamanda onunla müqavilənin müddətini artırmaq barədə danışıqlara başlayacağıq".
Qeyd edək ki, Bonilya debütantın heyətində vurduğu 14 qolla Premyer Liqamızın bombardiridir. Onun bu məhsuldarlığı salvadorlu futbolçuya digər klubların marağını artırıb.
