18 aprel 2016 16:30
Elnur Abdullayev: Matçdan sonra Əliyev Ağayev olmayan penaltiyə görə üzr istədi
"İnter"in yarımmüdafiəçisi Elnur Abdullayev Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
"Matçdan sonra Əliyar Ağayev bizim paltardəyişmə otağımıza gəldi və üzr istədi. O, bəyan etdi ki, "Kəpəz"in qol vurduğu epizodda penalti yox imiş. Penalti epizodunda tələsdiyini etiraf etdi. Əliyara hörmətim var və başa düşürəm ki, hər bir kəs səhv edə bilər. Penaltiyə görə baş məşqçimiz mənə heç bir irad bildirmədi. Çünki hamı orada penalti olmadığını görürdü".
