18 aprel 2016 16:00
Abışov 10 günlük sıradan çıxıb
"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində qarşılaşdıqları "Rəvan"la oyunda aldığı zədəyə görə iki həftəyə yaxın yaşıl meydanlardan kənarda qalmalı olacaq. Azerisport.az xəbər verir ki, əzələsini dartan futbolçu bu görüşü davam etdirə bilməmiş və əvəzlənmişdi.
Ötən gün ətraflı tibbi müayinədən keçən millimizin müdafiəçisinin 10 gün müalicə almasının vacibliyi üzə çıxıb. Bu gün o, Qəbələdə bərpa prosesinə başlayıb.
