"Sumqayıt futbolçularının arenaya vurduğu maddi ziyanı ödəməlidir"
AZAL-ın vitse-prezidenti Vaqif Qasımov bəyan edib ki, Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində qarşılaşdıqları "Sumqayıt"ın futbolçuları "AZAL Arena"nın ehtiyat oyunçular üçün nəzərdə tutulan skamyasına ciddi ziyan vurublar. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sumqayıt"ın futbolçuları arenamıza maddi ziyan vurublar. Matçın hakim-inspektoru da altı skamyanın sıradan çıxdığını qeydə alıb. Hansı ki, o kresloların biri 1000-1200 dollardır. Dəyən maddi ziyanın dəqiq məbləğini açıqlaya bilmərəm. Amma ən azı 1000 manat ziyan vurulub. Dəqiq qiymət vermək üçün mütəxəssis dəvət edəcəyik. Azarkeşlərin tribunada kresloları sındırması ayrı, bunu futbolçunun etməsi ayrıdır. "Sumqayıt"ın prezidenti oyundan sonra bizim futbolçulara ağıl öyrədirdi. Amma qoy öz oyunçularının nə etdiyinə baxsın. Biz dəyən maddi ziyanın ödənilməsini tələb edəcəyik".
