18 aprel 2016 14:30
Sezar Meza Kolli bu həftə qayıdır
Məlum olduğu kimi, Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində keçirilən AZAL-la matçda “İnter”in hücumçusu Sezar Meza Kolli zədələnmişdi. Azerisport.az xəbər verir ki, oyun zamanı əməliyyat olunmuş yerdən zədə alan və ayağı yüngül burxulan paraqvaylı futbolçu həkim nəzarətində müalicəsini davam etdirir.
Müalicə prosesinin nəzərdə tutulduğu axarda gedəcəyi təqdirdə onun bu həftə komandayla məşqə çıxacağı gözlənilir. (klub saytı)
