18 aprel 2016 12:45
İlkin Qırtımov iki həftə futbol oynamayacaq
Məlum olduğu kimi, Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən “Kəpəz”lə səfər matçında “İnter”in müdafiəçisi İlkin Qırtımov zədə alaraq meydanı tərk etmişdi. Azerisport.az xəbər verir ki, ötən bazar günü həkim müayinəsindən sonra Qırtımovda əzələ dartılması aşkar olunub.
Onun iki həftə meydandan uzaq düşəcəyi proqnozlaşdırılır. Məlumatı klub saytı yayıb.
