18 aprel 2016 01:00
Vaqif Cavadov Qvanzav Maqomedovla münaqişəni şərh etdi
"Sumqayıt"ın hücumçusu Vaqif Cavadov Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində AZAL-a 0:1 hesabıyla uduzduqları oyunda rəqib futbolçu Qvanzav Maqomedovla aralarında yaşanan insidentə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bircə onu söyləyə bilərəm ki, legionerin söyüş söymək haqqı yoxdur. Xüsusilə də yerli futbolçulara. Onlar Azərbaycandadırlar və özlərini biz onların ölkələrində davrandığımız kimi aparmalıdırlar. Oyundan sonra ona öz sözümü dedim".
