18 aprel 2016 00:15
Emin Nurinin komandası bir xalla kifayətləndi
İsveç çempionatında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Höteborq"la qarşılaşıb. Matç heç-heçə başa çatıb - 1:1. Bu, "Kalmar"ın yeni mövsümdəki ilk heç-heçəsidir.
Qeyd edək ki, Emin bu görüşün start heyətində meydana çıxıb. Lakin o, 59-cu dəqiqədə əvəzlənib.
"Kalmar" geridə qalan turlarda topladığı 4 xalla 16 klub arasında 11-ci pillədə qərarlaşıb.
