18 aprel 2016 00:10
Vüqar Əsgərovun komandası ilk məğlubiyyətini aldı
Futbol üzrə Latviya birinci liqasında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Babite" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:2.
Vüqar qarşılaşmaya start heyətdə başlayıb və sonadək meydanda olub.
Qeyd edək ki, geridə qalan turlarda cəmi bir xalı olan "Olayne" 15 klub arasında 10-cu pillədə qərarlaşıb.
