18 aprel 2016 00:05
İsrafilov oynadı, Kordoba qələbə qazandı
Futbol üzrə İspaniyanın ikinci liqasında 34-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" da növbəti matçına çıxıb.
Futbolçumuzun klubu səfərdə Sequnda liqada qalmaq uğrunda mübarizə aparan "Hueska" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 2:0.
Eddi bu görüşün 63-cü dəqiqəsində meydana buraxılıb. O, 87-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 51 xalla 22 komanda arasında 8-ci pillədə qərarlaşıb.
