17 aprel 2016 21:30
Samir Abasov: Komandadan razıyam
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Komandadan razıyam. Yaxşı oyun alındı. Uşaqlara iradım yoxdur. Bizim artıq itiriləsi heç nəyimiz yoxdur. Son turlarda azarkeşlərimizi sevindirməyə çalışacağıq". (CBC)
