17 aprel 2016 21:15
"Bu büdcə ilə avrokuboklara vəsiqə qazanmaq böyük uğur olacaq"
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Çox vacib üç xal qazandıq. Təəssüf ki, gözlədiyim oyunu sərgiləyə bilmədik. Fasilədə bəzi futbolçulara tapşırıqlarımız oldu. Fasilədən sonra onlar öz işlərinin öhdəsindən gələ bildilər. "İnter"ə məğlubiyyətdən sonra öz meydanımızda qələbə qazanmaq istəyirdik. Biz artıq ötən mövsümdəkindən çox xal toplamışıq. Avropa Liqasına düşmək üçün yaxşı şansımız var. Belə büdcə ilə avrokuboklara vəsiqə qazanmaq böyük uğur olacaq". (CBC)
