17 aprel 2016 19:00
Adil Şükürov: Çempionatda ən zəif oyunumuzu keçirdik
"Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Çempionatdakı ən zəif oyunumuzu keçirdik. Qalib gəlsək də, zəif oynadıq, bizə yaraşmayan oyun sərgilədik. Bütövlükdə, komandanın oyunundan narazı qaldım. Sürət yox idi. İkinci yarıda etdiyimiz əvəzetmələrdən sonra bir qədər fəallaşdıq".
