17 aprel 2016 15:30

Tural Axundov: Kəpəz 3 xala layiq idi, İnterin bəxti gətirdi

"Kəpəz"in kapitanı Tural Axundov Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı fikirləriniz?
- Qələbə qazanmağı çox istəyirdik. Buna görə də "İnter"lə görüşə xüsusi hazırlaşmışdıq. Amma 1:1 də pis nəticə deyil. Çünki rəqibimiz "İnter" idi. Sadəcə, buraxdığımız qol artıq idi. "İnter" bizim buraxdığımız uşaq səhvini bağışlamadı.

- "Kəpəz"in qolunu yen siz, özü də penaltidən vurdunuz...
 - "Kəpəz"lə oyunda da penaltini vurmağı mənə həvalə etdilər. Şahin Diniyev sağ olsun. Bu, penaltidən vurduğum dördüncü qoldur.

- Qoldan sonra sizin üçün banner açan azarkeşlərə tərəf qaçdınz...
- Azarkeşlər məni dəstəkləyirlər. Bəzisi hətta mənə sms yazırlar. Sağ olsunlar. Ona görə də bu qolu azarkeşlərə həsr etməyə qərar verdim.

- "Qarabağ"la oyundan sonra müsahibə verməməyiniz avtoqollarla bağlı idi?
- Karyeramda elə şey olmamışdı. Həmin qollar mənə çox pis təsir etmişdi. "Qarabağ"la oyunu unutmaq istəyirəm. Hətta məşqlərdə də toparlana bilmirdim. Komanda yoldaşlarım sağ olsunlar ki, məni dəstəklədilər.

- Elə alındı ki, "Kəpəz"in qapısından qolu klubunuzun keçmiş forvardı Yuri Fomenko keçirdi...
- Bir səhvə yol verdik və 3 xal əldən getdi. Fomenko səhvimizdən yaxşı yararlandı.

- "İnter"ə çatmaq üçün əla şansı qaçırdınız. Qonaqların bəxtinin gətirdiyini demək olar?
- Əlbəttə. Qələbə qazanmalı idik. Qələbəyə layiq idik. Amma qonaqların bəxti gətirdi ki, heç-heçəyə nail oldular.

- "Kəpəz"in son dövrlərdə uğursuz çıxış etməsi nə ilə bağlıdır?
- Komandada yorğunluq var. Amma hələ gücümüz var, sonadək mübarizə aparacağıq.

- Qarşıda sizi "Sumqayıt"la oyun gözləyir...
- Qələbəyə oynayacağıq. Səhvsiz oynamağımız lazımdır. Belə olan halda üç xal qazana bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.