17 aprel 2016 13:00
Azərbaycanlı futbolçuların klubu doğma meydanda biabır oldu
Latviya çempionatında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Qurbanlı ilə Mirabdulla Abbasovun komandası - "Dauqava" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Ventspils" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının məğlubiyyəti ilə başa çatıb - 0:5.
Bu oyunda da hər iki futbolçumuz start heyətdə meydana çıxıb. Orxan 69-cu, Mirabdulla isə 81-ci dəqiqəqə əvəzlənib.
Qeyd edək ki, 4 turdan sonra 3 xala malik olan "Dauqava" 8 klub arasında yeddinci pillədə qərarlaşıb.
