17 aprel 2016 12:40

Aqil Məmmədov: Qarabağ ofsayddan qol vurdu

"Neftçi"nin qapıçısı Aqil Məmmədov Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan (1:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı nə deyə bilərsiniz?
- Bizi çətin oyun gözlədiyini bilirdik. Bütün həftəni bu oyuna hazırlığa həsr etmişdik. Pis oynadığımızı da deməzdim.

- Bəs daha yaxşı oynamağınıza nə mane oldu?
- Rəqib bizdən daha güclü və səviyyəlidir. Ağdam klubunun futbolçuları səviyyəcə üstündürdülər. Onları layiqli qələbə münasibəti ilə təbrik edirəm. Amma liderlə görüşdə bizim futbolçular da pis təsir bağışlamadılar.

- Rəqibin vurduğu ikinci qol qəribə olmadı?
- Onlar ofsayddan qol vurdular. Amma buna görə heç kimi tənqid etmək istəmirəm.

- Oyundan sonra klub rəhbərliyi futbolçularla görüşdü. Təsadüfən, məğlubiyyətə görə sizə əsəbləşmədilər?
- Xeyr, əksinə bizi yaxşı oyuna görə təbrik etdilər. Meydanda var gücümüzü qoyduğumuza görə təşəkkürlərini bildirdilər. Bunu növbəti matç öncəsi avans da adlandırmaq olar. Bu oyunu unudub, növbəti görüşə hazırlaşmalıyıq.

- "Zirə" və "İnter"in avrokuboklara buraxılmaması sizin şansınızı artırır?
- Biz digər komandaların çıxışı, aqibəti ilə maraqlanmırıq. Öz xallarımızı toplamağa çalışırıq. Sonda necə olacağını isə zaman göstərəcək.

- Komandanızın bu cür vəziyyətə düşməsi üzərinizdə təzyiq yaratmır?
- Əlbəttə, sabit çıxış etmək, xallar, qələbələr qazanmaq istəyirik. Vəziyyətin düzələcəyinə ümid edirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.