17 aprel 2016 12:20
Samir Məsimovsuz Domjale liderə uduzdu
Sloveniya çempionatında 30-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda lider "Olimpiya" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:1. Məsimovun adı bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" geridə qalan turlarda topladığı 46 xalla üçüncü pillədə qərarlaşıb.
