17 aprel 2016 12:00
Erat qol vurdu, Fortuna qalib gəldi
Almaniya Qərb Regional Liqasında 34-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda "Rot Vays Ahlen"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 4:1. Erat start heyətdə çıxdığı bu matçın sonunadək meydanda olub. O, 48-ci dəqiqədə komandasının üçüncü qolunun müəllifi olub.
Qeyd edək ki, Toğrulun komandası hazırda 50 xalla 19 klub arasında 5-ci pillədə qərarlaşıb.
