AZAL Sumqayıta, Zirə Xəzər Lənkərana qalib gəldi
Bu gün Topaz Premyer Liqasında 30-cu tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə də iki matç baş tutub.
Əvvəlcə mövsümün debütantı olmasına baxmayaraq, sürpriz komandasına çevrilən "Zirə" doğma meydanda "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirib. Paytaxt təmsilçisi ev oyununda minimal hesablı qələbəyə sevinib.
Nəhayət, turun qapanış matçında AZAL "Sumqayıt"la qarşılaşıb. Bu görüşdə də meydan sahibləri 1 qolla 3 xala sahib çıxıblar.
Topaz Premyer Liqası
30-cu tur
17 aprel (bazar)
“Zirə” - “Xəzər Lənkəran” - 1:0 (0:0)
Qol: N.Bonilya, 63 (1:0).
Hakimlər: Rəvan Həmzəzadə, Munis Abdullayev, Vüsal Qənbərov, Rəhim Həsənov.
Zirə İdman Kompleksinin stadionu.
“Zirə”: 1. Anar Nəzirov, 39. Sadiq Quliyev, 5. Adil Nağıyev, 13. Aleksandr Şemonayev, 14. Tellur Mütəllimov, 11. Viktor İqbekoyi, 32. Tato, 27. Rəşad Abdullayev (k), 60. Elvin Məmmədov, 19. Nurlan Novruzov, 9. Nelson Bonilya.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 17. Nicat Qurbanov, 6. Vüqar Mustafayev, 90. Vüsal İsgəndərli, 28. Təmkin Xəlilzadə, 10. İqor İvanoviç, 56. Ürfan İsmayılov.
Baş məşqçi: Adil Şükürov.
“Xəzər Lənkəran”: 25. Tərlan Qasımzadə, 4. Ruslan Cəfərov, 8. Vüqar Bəybalayev, 10. Tural Qürbətov, 15. Nodar Məmmədov, 16. İbrahim Qədirzadə, 17. Vaquf Güləliyev, 18. Tural Cəlilov (k), 32. Zaman Mirzəzadə, 41. Hüseyn Xəlilzadə, 9. Mahsun Qəmbərli.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 6. Asif Mirili, 7. Orxan Səfiyaroğlu, 9. Bayram Budaqov, 44. Yusif Həsənov, 66. Kənan Həsənov, 86. Xaqani Sadıqov.
Baş məşqçi: Elbrus Məmmədov.
AZAL - “Sumqayıt” - 1:0 (1:0)
Qol: T.Hümbətov, 38 (1:0).
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Ramil Əhmədov.
Bakı. “AZAL Arena”.
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 24. Emin Cəfərquliyev, 14. İlqar Ələkbərov, 23. Hacı Əhmədov, 21. Murad Səttarlı, 10. Nuqzar Kvirtiya, 27. Aleksandr Quruli, 9. Aydın Qasımov.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 4. Qvanzav Maqomedov, 19. Məhəmməd Bədəlbəyli, 88. Mirzağa Hüseynpur, 63. Seyidrəzi Ağayev, 11. Ruslan Nəsirli, 42. Elşad Manafov.
Baş məşqçi: Tərlan Əhmədov.
“Sumqayıt”: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 5. Cəmil Hacıyev, 7. Pərdis Fərcad-Azad, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 18. Aleksandr Çertoqanov (k), 24. Amit Quluzadə, 55. Ağabala Ramazanov, 70. Vaqif Cavadov, 99. Rasim Ramaldanov,
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Mikayıl Rəhimov, 8. Nicat Muxtarov, 21. Xaliq İbrahimov, 25. Ayaz Mehdiyev, 29. Amil Yunanov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov.
Turun digər oyunları: “Qəbələ” - “Rəvan” - 2:0, “Kəpəz” - “İnter” - 1:1, “Neftçi” - “Qarabağ” - 1:2.
Bombardir:
14 - Nelson Bonilya ("Zirə").
