17 aprel 2016 00:55
Nazarov baxdı, Karlsrue qalib gəldi
Almaniya ikinci Bundesliqasında 30-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Nürnberq"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 2:1. Nazarov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Karlsrue" hazırda 42 xalla 18 klub arasında 6-cı pillədə qərarlaşıb.
