17 aprel 2016 00:45
Emil Balayevsiz Ayntraxt yenə uduzdu
Almaniya Bundesliqasında 30-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi səfərdə "Bayer"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:3. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ayntraxt" hazırda 27 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb və bu gedişlə ikinci Bundesliqaya düşməyə əsas namizədlərdən biridir.
