17 aprel 2016 00:15
Neftçinin oyunçuları yenə jurnalistlərdən qaçdılar
"Neftçi"nin futbolçuları Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Qarabağ"a 1:2 hesabıyla uduzduqları oyundan sonra yenə jurnalistlərə müsahibə verməkdən yayınıblar. Azerisport.az xəbər verir ki, matçın ardından "ağ-qaralar"ın qapıçısı Aqil Məmmədov istisna olmaqla, digər futbolçuların heç biri mətbuat əhlinə yaxınlaşmayıb.
Bundan xəbər tutan klubun icraçı direktoru Elnur Məmmədov dərhal məsələyə müdaxilə etmək qərarına gəlib. Amma o, artıq avtobusda olan futbolçulardan yalnız birini - Ayltonu jurnalistlərlə söhbətləşməyə məcbur də bilib.
