16 aprel 2016 15:00

Alessandro: Neftçidə daha çox qazanırdım, nəinki Yuventusda

"Neftçi"nin sabiq müdafiəçisi Alessandronun azerisport.az saytına müsahibəsi

- Karyeranızı başa vurmusunuz, ya oynamağa davam edirsiniz?
- Braziliyanın "Yuventus" klubunda çıxış edirəm. Hər şey normaldır. Ənənəvi olaraq müdafiənin və yarımmüdafiənin sol cinahında oynayıram.

- "Neftçi"dən ayrılmağınızdan xeyli vaxt keçib. Azərbaycan futbolu ilə maraqlanırsınız?
- Maraqlanıram. Futbolunuz inkişaf edir, klublarınız yaxşı çıxış edir.

- Azərbaycan futbolu Braziliyadan necə görünür?
- Məncə, sizin futbol İngiltərə futboluna bənzəyir. Çünki sizdə də onlardakı kimi baş məşqçilər taktika baxımından çox çalışırlar. Mən bunu Böyükağa Hacıyev və Arif Əsədovun "Neftçi"ni çalışdırdığı vaxtda görmüşəm.

- Bəs "Neftçi"nin hazırda yeddinci pillədə getməsi ilə bağlı nə deyə bilərsiniz?
- Bu komanda barədə ancaq xoş sözlər deyə bilərəm. Çünki onlarla iki dəfə Azərbaycan çempionu oldum. Yenidən Azərbaycana qayıtmaq, "Neftçi"də oynamaq istərdim.

- Sizcə, "Neftçi"nin işləri niyə indi yaxşı getmir?
- Mənim dövrümdə hər şey yaxşı idi. Təbii ki, komandanın hazırda yeddinci pillədə qərarlaşması pisdir. Amma onların hazırda niyə belə pis oynadığını bilmirəm.

- Hazırda sizin mövqeyinizdə həmyerliniz Aylton çıxış edir. Onu tanıyırsınız?
- Mənim mövqeyimdə braziliyalı futbolçunun oynadığını bilirdim. Amma onunla şəxsən maraqlanmamışam.

- "Neftçi" sizi qaytarmaq istəsə, gələrsiniz?
- Əlbəttə, qayıdaram. "Neftçi" ilə bağlı ancaq xoş xatirələrim qalıb.

- Amma bu komanda hazırda hətta avrokuboklar zonasına düşməyə də çətinlik çəkir...
- "Neftçi" kimi klub üçün avrokuboklardan kənarda qalmaq çox pis olar. Çünki bu komanda həmişə çempion olmağa, kuboku qazanmağa çalışıb.

- Xatirinizdə daha çox hansı oyun qalıb?
- Unuda bilmədiyim çox oyun var. Amma Bakıda "Xəzər Lənkəran"a 5:0 hesabıyla qalib gəldiyimiz oyunu xüsusi xatırlayıram. Unudulmaz matç idi.

- Yəqin ki, "Yuventus"da maliyyə şərtləri "Neftçi"dəki kimi deyil?
- Əlbəttə, "Neftçi"də daha yaxşı qazanırdım.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.