16 aprel 2016 14:30
Ceyhun Sultanov: Onlara kompensasiya ödəniləcək
"Sumqayıt"ın meneceri Ceyhun Sultanov Uğur Pamuk, Tofiq Mikayılov və Emin Mehdiyevin komandadan uzaqlaşdırılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz bu futbolçularla qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Onlara kompensasiya ödəniləcək. Bu oyunçular "Sumqayıt"ı niyə tərk etdilər? Məsələ burasındadır ki, baş məşqçi Samir Abasov onların sərgilədiyi oyundan narazı idi. Onların FİFA-ya mümkün şikayətinə gəlincə, kim hara istəsə, şikayət edə bilər. Bu barədə heç nə deyə bilmərəm. Komandadan başqa heç kimi uzaqlaşdırmağa hazırlaşmırıq. Hər şey qaydasındadır".
